Çində keçirilən Dünya Kubokunda Azərbaycan gimnastları qızıl medal qazanıblar
29 İyun 2026 14:58   Paylaş

Çinin Nankin şəhərində təşkil olunan aerobika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastları qızıl medala layiq görülüblər.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900, Mədinə Mustafayeva və Vladimir Dolmatov cütlüyü isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olub. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol