Çində "Bavi" qasırğasına görə yenidən narıncı təhlükə elan edilib
Şərqi Çinə güclü küləklər və leysan yağışları gətirəcək "Bavi" qasırğası ilə əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.
"Stabil.az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Milli Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu, cari ildə Çinə doğru irəliləyən sayca doqquzuncu qasırğadır.
Proqnozlara görə, "Bavi" saatda 15-20 km sürətlə şimal-qərbə doğru hərəkət edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





