Çində baş verən torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb
10 Sentyabr 2026 09:08   10 Sep 2026 09:26 Paylaş

Çinin şərqində yerləşən Szyansi əyalətinin Suyçuan rayonunda baş verən torpaq sürüşmələri nəticəsində həlak olanların ümumi sayı 16 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bildirilir ki, bölgədə bir neçə gün davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub.

Hazırda fəlakət bölgəsindən 18 mindən çox sakin təxliyə edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol