Çində baş verən gəmi qəzasında ölü sayı artıb
18 Fevral 2026 12:18   Paylaş

Çinin cənub-qərbindəki Yunnan əyalətində göyərtəsində 26 sərnişin olan gəzinti gəmisinin aşması nəticəsində azı dörd nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çinin Təhlükəsizliyin Təmin Edilməsi Komitəsi hadisənin istintaqına əyalət səviyyəsində nəzarət və təqsirkarların qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunması barədə göstəriş verib.

Müvafiq orqanlar hadisənin konkret səbəblərini müəyyənləşdirmək istiqamətində iş aparır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol