Çin XİN: Yaxın Şərqdən 10 mindən artıq vətəndaşımız qayıdıb
BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və digər ölkələrdən 10 mindən artıq vətəndaşımız təhlükəsiz şəkildə geri dönüb.
"Stabil.az" Çin KİV-nə istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun bildirib.
"Son günlərdə ölkənin XİN-i Mülki Aviasiya İdarəsi ilə koordinasiyalı şəkildə yerli aviaşirkətlərin daşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırmasını və orada qalan çinli səyahətçilərin təxliyəsi üçün Yaxın Şərqə təcili reyslər göndərməsini təmin etmək məqsədilə tədbirlər görüb", - o deyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





