Çin və Pakistan liderləri regional məsələləri müzakirə edib
25 May 2026 21:54   Paylaş

Si Cinpin və Şahbaz Şərif Pekində keçirilən görüşdə Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

"Stabil.az"ın məlumatına görə, bu barədə "Dawn" nəşri xəbər verir.

"Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Çin qonşu ölkələrlə diplomatiya çərçivəsində Pakistanla münasibətlərə həmişə önəm verib", - o bildirib.

Öz növbəsində, Şahbaz Şərif Yaxın Şərqdə sülhə töhfə verilməsində və atəşkəsə nail olunmasında Pakistana verdiyi dəstəyə görə Çin liderinə təşəkkür edib.

Qeyd edək ki, bu gün Pakistanın Baş naziri Çin Dövlət Şurasının Sədri Li Tsyanla görüşüb və onu Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün danışıqlar prosesi barədə məlumatlandırıb. O qeyd edib ki, İslamabad və Pekin bu regionda sülhün bərpası üçün səylərini birləşdirməlidir.

Şahbaz Şərif Çində dördgünlük rəsmi səfərdədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol