Çin və İndoneziya Tayvan yaxınlığında birgə hərbi təlim keçirəcək
12 Avqust 2026 15:54   Paylaş

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin avqustun ortalarında Tayvan adası yaxınlığında birgə dəniz təlimləri keçirəcəyi bildirilib.

"Stabil.az"ın məlumatına görə, bu barədə CCTV telekanalı Çinin Milli Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək.

"Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının artırılması, praktiki əməkdaşlığın dərinləşdirilməsi və regionda sülh və sabitliyin qorunmasıdır", – Çinin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol