Çin Rusiya neftinin alışını 17 %-ə yaxın artırıb
Çin 2026-cı ilin yanvar-iyun aylarında Rusiyadan neft idxalını illik müqayisədə 16,7 % artıraraq 57,28 milyon tona çatdırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, idxalın dəyəri 31,1% artaraq 33,13 milyard dollara çatıb.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında Çin Rusiyadan 25,27 milyard dollar dəyərində 49,11 milyon ton neft idxal edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





