Çin rəhbərliyi ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi sanksiyaların dayandırılmasını tələb edib
5 May 2026 16:23   Paylaş

Rəsmi Pekin Amerikanın Kubaya tərəf yönəlmiş genişmiqyaslı sanksiya siyasətini kəskin pisləyərək, Vaşinqtonu beynəlxalq münasibətlər sisteminə zərər verən bu addımlardan əl çəkməyə səsləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, ABŞ Kubaya qarşı birtərəfli sanksiyaları gücləndirib.

"Çin ABŞ-ni Kubaya qarşı embarqo və sanksiyaları, eləcə də hər cür məcburi təzyiq formalarını dərhal dayandırmağa çağırır", - bəyanatda qeyd edilib.

Məlumatda vurğulanıb ki, bu tədbirlər Kuba xalqının yaşamaq və inkişaf etmək hüququnu pozur.

Qurumdan, həmçinin bildirilib ki, Pekin Kubanın milli suverenliyi və təhlükəsizliyini qorumaqla bağlı səylərini dəstəkləyir və ölkənin daxili işlərinə müdaxiləyə qətiyyətlə qarşı çıxır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol