Çin nüvə danışıqlarında iştirak etməyəcək
6 Fevral 2026 17:16   Paylaş

Çin hazırkı mərhələdə nüvə silahları üzrə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib.

“Stabil.az” xəbər verir ki, məlumatı “İnterfaks” EFE-yə istinadla yayıb.

Rəsmi Pekin hesab edir ki, nüvə tərk-silahı üçün əsas məsuliyyət ən böyük nüvə arsenalına malik dövlətlərin üzərinə düşür.

Çinin nümayəndəsi Tszyan Şen BMT-nin Cenevrədəki qərargahında bildirib:
"Çinin nüvə imkanları heç bir şəkildə ABŞ və ya Rusiyanın səviyyələrinə uyğun gəlmir, buna görə də hazırda Çin nüvə tərk-silahı danışıqlarında iştirak etmək niyyətində deyil."

Onun sözlərinə görə, nüvə tərk-silahı ilə bağlı məsuliyyəti ən böyük nüvə arsenallarına malik dövlətlər öz üzərlərinə götürməli və arsenalını əhəmiyyətli dərəcədə azaltmalıdırlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol