Çin Dövlət Şurası: ABŞ silahları Tayvanın müstəqilliyini təmin etməyəcək
Çin Dövlət Şurası ABŞ-dən silah tədarükünün Tayvanın müstəqilliyinə təsir etməyəcəyini bildirib.
"Stabil.az" xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua bildirib.
Onun sözlərinə görə, “nə qədər silah alsalar da, bu, vəziyyəti dəyişməyəcək”.
Çen Binhua Pekinin ABŞ və Tayvan arasında hərbi təmaslara qarşı olduğunu vurğulayıb və adanın hakimiyyətini materikdən ayrılmağa cəhd etməkdə ittiham edib.
O əlavə edib ki, Tayvanın Çinlə birləşməsi “dayandırılmaz prosesdir”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





