Çin Çexiya Senat sədrinin Tayvana səfərinə etiraz edib
Çinin Çexiyadakı səfirliyi Çexiya Senatının sədri Miloş Vıstrçilin Tayvana səfərini Çinin daxili işlərinə ciddi müdaxilə kimi dəyərləndirib.
"Stabil.az" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi açıqlamasında bildirilib.
Qeyd olunub ki, Vıstrçil “Çinlə münasibətlərə dair mövcud Çexiya ictimai mövqeyini nəzərə almadan” və “şəxsi maraqlara əsaslanaraq” Tayvana səfər edir. Bəyanatda bu addımın “Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğu” iddia olunub və Çin tərəfinin bunu qətiyyətlə pislədiyi vurğulanıb.
Çexiyanın ČTK agentliyinin məlumatına görə, Miloş Vıstrçili səfər zamanı sahibkarlar, universitet və mədəniyyət nümayəndələri müşayiət edir. O, Tayvan rəhbərliyi ilə görüşlər keçirəcək, eləcə də beynəlxalq “Innovex” startap sərgisində Çexiya pavilyonunu açacaq. Səfərin iyunun 1-dən 4-dək davam edəcəyi bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





