Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır
28 May 2026 15:22   28 May 2026 16:38 Paylaş

Çinin Kommersiya Nazirliyi Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar apardığını açıqlayıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlik danışıqların Avropa İttifaqının iyulun 1-dən qüvvəyə minən yeni polad tarifləri ilə əlaqədar Dünya Ticarət Təşkilatı çərçivəsində aparıldığını bəyan edib.

Nazirliyin rəsmi sözçüsü He Yadon bildirib ki, Aİ-nin bu addımı mahiyyət etibarilə ticarət proteksionizmidir və bu, həm polad sənayesinin rəqabət qabiliyyətini, həm də Çin-Aİ polad ticarətini ciddi şəkildə pozacaq, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinə təsir edəcək. O qeyd edib ki, Çin danışıqlar yolu ilə qarşılıqlı faydalı nəticə əldə etməyə, eyni zamanda, Çin-Aİ iqtisadi-ticarət əlaqələrinin sabit və sağlam inkişafını təşviq etməyə ümid edir.

He Yadon deyib ki, əgər Aİ Çin şirkətlərinə, məhsullarına qarşı ayrı-seçkilik edərsə, Çin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq tədbirlər görəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol