Çin ABŞ və İrandan hərbi əməliyyatları dayandırmağı tələb edib
11 İyun 2026 21:46   Paylaş

Çin Xarici İşlər Nazirliyi ABŞ və İran arasında qarşılıqlı raket zərbələrindən sonra Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

"Stabil.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu bəyanatla Çin XİN-in mətbuat katibi Lin Tszyan çıxış edib.

"Çin aidiyyəti tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, dialoq və danışıqlara qayıtmağa, vasitəçilik səylərinə cavab verməyə və ən qısa zamanda hərtərəfli və davamlı atəşkəsə nail olmağa qətiyyətlə çağırır", - o, Pekində keçirilən mətbuat konfransında bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol