Çin ABŞ-nin İranla bağlı sanksiyalarına sərt reaksiya göstərib
Çin, ABŞ-nin "İrana dəstək" iddiası ilə üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxaraq öz şirkətlərinin hüquqlarını qoruyacağını bildirib.
"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin bu həftə gözlənilən görüşü ərəfəsində bu addımı “qanunsuz və birtərəfli” adlandıraraq, onu kəskin şəkildə rədd edib.
“Biz həmişə Çin müəssisələrindən qanunlara və qaydalara uyğun şəkildə fəaliyyət göstərməyi tələb edirik. Biz Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacağıq”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə bildirib.
O, hazırda təxirəsalınmaz prioritetin döyüşlərin yenidən başlamasının hər vasitə ilə qarşısını almaq olduğunu qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





