Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı baş tutacaq.
"Stabil.az" bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən bildirib.
Yarışın ilk günündə yeniyetmə (U-17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.
Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi yığmasının heyətini formalaşdırmaqdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





