Çilidə 5,5 maqnitudalı zəlzələ baş verib
27 İyul 2026 16:06   Paylaş

Çilinin Antofaqasta bölgəsində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin ocağı 93 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata əsasən, ölən və ya xəsarət alanlar, həmçinin ciddi dağıntılar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti qiymətləndirməyə davam edir.

Qeyd edək ki, Antofaqasta Çilinin əsas mis hasilatı bölgələrindən biridir və Sakit okean sahilində, yüksək seysmik fəallıq zonasında yerləşir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol