Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə görüş keçirir
6 Avqust 2026 12:08   06 Aug 2026 12:18 Paylaş

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə görüş keçirirlər.

"Stabil.az" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.

Xatırladaq ki, Azərbaycan XİN başçısı bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol