Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılacağına söz verib
6 Mart 2026 14:06   Paylaş

İranın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirdiyi dron hücumları nəticəsində 4 vətəndaşımız xəsarət alıb və bu qəbuledilməz hücum barədə həmkarımı məlumatlandırdım.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.

“Azərbaycan dövlətinin mövqeyi və tələbləri açıq şəkildə İran tərəfinə çatdırılıb. Dünən İranın xarici işlər naziri ilə bu məsələ bütün ciddiliyi ilə müzakirə edilib. Onlar məsələnin araşdırılması barədə vəd veriblər”, - deyə nazir qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol