Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–ATƏT əməkdaşlığını müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
"Stabil.az" xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.
Belə ki, tərəflər Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edib:
"Cənubi Qafqazda formalaşan regional vəziyyət, davamlı sülh və sabitliyin təmin olunması üçün yaranmış tarixi imkan, həmçinin Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan yeni regional gündəliyin irəlilədilməsi istiqamətində səyləri barədə fikir mübadiləsi apardıq. Qarşılıqlı maraq doğuran məsələlər üzrə ATƏT ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə nazir bildirib.

Pleased to meet with @OSCESecGen Feridun H. Sinirlioğlu and discuss the current state and future prospects of Azerbaijan-OSCE cooperation on the sidelines of Ukraine Recovery Conference (UCR2026) in Poland.

We exchanged views on the evolving regional situation in the South… pic.twitter.com/ZjlKuAtuxj
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 25, 2026

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə