Ceyhun Bayramov 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını anıb.
“Stabil.az” xəbər verir ki, nazir faciənin 36-cı ildönümü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib: “20 Yanvar – Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq.”
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




