Çexiyanın təşəbbüsü ilə Ukraynaya 4,4 milyon sursat tədarük edilib
Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin maliyyə dəstəyi ilə üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı sursat göndərilib.
"Stabil.az" “ÇTK” xəbər agentliyinə istinadən xəbər verir ki, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5 milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb.
Təşəbbüsə təxminən 20 ölkə qoşulub. Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.
Rusiyanın hərbi təcavüzə başlamasından (24 fevral 2022-ci il) dərhal sonra Çexiya Ukrayna Silahlı Qüvvələri üçün sursatı üçüncü ölkələrdən Qərb dövlətlərinin hesabına almağı təklif edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





