Çexiyada 39 meteostansiyada yeni temperatur rekordları qeydə alınıb
17 Avqust 2026 12:37   Paylaş

Çexiyada fəaliyyət göstərən 170 hava stansiyasından 39-da avqustun 16-da temperatur rekordları qeydə alınıb.

"Stabil.az" CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Bazar günü ən isti temperatur ölkənin şərq bölgələrində - Moraviya və Sileziyada qeydə alınıb. Hodonin şəhəri yaxınlığında temperatur 37,6 dərəcəyə yüksəlib.

Meteoroloqların məlumatına görə, bu yay Çexiyada rekord səviyyədə istilərdən biri olacaq.

Hakimiyyət orqanları həmçinin ölkənin 88 %-ni əhatə edən quraqlığın genişlənməsindən narahatdırlar. Quraqlıqla mübarizə aparmaq üçün hökumət yaxın gələcəkdə 4 milyard kron (təxminən 190 milyon ABŞ dolları) ayıracaq.

Qeyd edək ki, 17 avqustda hökumət Baş nazir və nazirlərin məzuniyyətdən qayıtmasından sonra ilk iclasında quraqlıq vəziyyətini müzakirə edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol