Çexiya Ukrayna üçün 70 milyard avroluq təşəbbüsünü dəstəkləməyəcək
Çexiya Ukraynaya hərbi ehtiyaclar üçün hər il 70 milyard avro ayrılması layihəsində iştirakdan imtina edib.
"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Ankarada keçirilən NATO sammitində bildirib.
"Biz bu məbləği verməkdə iştirak etməyəcəyik", - deyə o vurğulayıb.
Çexiya hökumətinin başçısı qeyd edib ki, hər bir ölkənin bu proqramda iştirak edib-etməmək barədə özünün qərar vermək hüququ var.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





