Cənubi Koreyanın sabiq müdafiə naziri 30 il həbs cəzasına məhkum edildi
Sabıq müdafiə naziri Kim Yon Hyon, qiyamda iştirakına görə Cənubi Koreya məhkəməsi tərəfindən 30 il müddətinə azadlıqdan məhrum edilib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məhkəmə onu ölkənin eks-prezidenti Yun Sok Yolun 2024-cü ilin dekabrında elan etdiyi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda təqsirli bilib.
Bundan əvvəl sözügedən cinayət işi ilə əlaqədar keçmiş baş nazir Han Dok Su 23 il, sabiq daxili işlər və təhlükəsizlik naziri Li San Min isə 7 il azadlıqdan məhrum edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





