Cənubi Koreyada sabiq nazir 7 il həbs cəzası alıb
Cənubi Koreya məhkəməsi keçmiş daxili işlər naziri Li Sanq Mini 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin elan olunmasındakı roluna görə 7 il müddətinə həbs edib.
"Stabil.az" Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, məhkəmə Li Sanq Mini ölkədə hərbi vəziyyətin elanındakı roluna, o cümlədən müəyyən media qurumlarına elektrik enerjisi və suyun kəsilməsi əmrlərini verməsinə görə təqsirli bilib.
Prokurorlar sabiq nazirə 15 illik həbs cəzası istəsələr də, məhkəmə 7 il ilə kifayətlənib.
Qeyd olunur ki, Li Sanq Min bu cinayət işi üzrə həbs olunan 2-ci yüksək vəzifəli sabiq şəxsdir. Keçmiş Baş nazir Han Dak Su yanvarda 23 illik həbs cəzasına məhkum olunub. Sabiq Prezident Yun Sok Yolun məhkəmə prosesi üzrə yekun qərarın isə fevralın 19-da verilməsi gözlənilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





