Cənubi Koreya və Vyetnam Orta Dəhliz layihəsinə daxil ola bilər
Cənubi Koreya və Vyetnamın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) inteqrasiyası nəzərdən keçirilir.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə "X" sosial şəbəkəsində yazıb.
"Hanoyda Cənubi Koreyanın nəqliyyat naziri Kim Yon Dok (Kim Youn Duc) ilə görüş keçirildi və burada ona Orta Dəhlizin xəritəsi təqdim edildi. Cənubi Koreya və Vyetnam Orta Dəhliz çərçivəsində Transxəzər dəmir yolu layihəsinin fəal iştirakçıları ola bilər. Bu məsələ Koreya Prezidenti Li Çje Myon ilə Hanoyda keçiriləcək görüş zamanı təqdim ediləcək", - diplomat qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





