Cənubi Koreya millisinin futbolçusu Li Kan İn “Atletiko”nun transfer gündəmindədir
Madridin “Atletiko” klubu Cənubi Koreya millisinin üzvü Li Kan İnin transferi ilə bağlı danışıqlara başlayıb.
"Stabil.az" ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Fransanın PSJ komandasına məxsus olan 25 yaşlı yarımmüdafiəçini heyətdə görmək istəyir.
Bu keçid "Atletiko"ya 35 milyon avroya başa gələ bilər.
Xatırladaq ki, Li Kan İn baş çatan mövsümdə Paris təmsilçisinin heyətində 39 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu gün DÇ-2026-da Çexiyanı məğlub etdikləri (2:1) matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





