Cənubi Koreya ilk dəfə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz vasitəsilə neft tədarükü həyata keçirib
Cənubi Koreyanın xam neft daşıyan gəmisi ilk dəfə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz vasitəsilə alternativ marşrutla uğurla hərəkət edib.
"Stabil.az"ın məlumatına görə, bu barədə "JoongAng Daily" qəzeti Dəniz Nəqliyyatı və Balıqçılıq Nazirliyinə istinadən xəbər verir.
Bu hadisə Hörmüz boğazının faktiki olaraq blokadaya alınması fonunda dolama marşrutun istifadəsinin ilk təsdiqi oldu.
Nazirlik bunu Seulun İran ətrafında davam edən gərginlik şəraitində Yaxın Şərqdən sabit enerji tədarükünün təmin edilməsi üçün gördüyü tədbirlərin effektivliyinin sübutu adlandırıb.
Daha əvvəl Cənubi Koreya hökuməti bildirmişdi ki, Seul Hörmüz boğazına alternativ marşrutlar axtarmağa davam edəcək, çünki boğazdan gəmilərin hərəkəti hələ də blokadadadır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





