Cənubi Koreya 2029-cu ilə qədər ilk KPS peykini istehsal etməyi planlaşdırır
Cənubi Koreya 2029-cu ilə qədər Koreya Mövqeləndirmə Sistemi üçün ilk yerli peykinin istehsalına başlamağı planlaşdırır.
"Stabil.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Aerokosmik Sənaye İdarəsi (KASA) məlumat yayıb.
Hökumət 14 il ərzində layihəyə 3,72 trilyon von (2,73 milyard dollar) investisiya yatırmağı planlaşdırır. 2035-ci ilə qədər səkkiz KPS peykinin orbitə çıxarılması nəzərdən keçirilir.
KPS - Koreya yarımadası və bitişik ərazilərdə yüksək dəqiqlikli naviqasiya, yerləşmə yerinin müəyyən edilməsi və vaxtın sinxronlaşdırılmasını təmin etmək üçün nəzərdə tutulmuş peyk naviqasiya sistemidir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





