Cənubi Afrikada yol qəzası: 11 nəfər ölüb, 8 nəfər yaralanıb
29 Yanvar 2026 15:55   Paylaş

Cənubi Afrikanın Kvazulu-Natal əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.

"Stabil.az"ın məlumatına görə, hadisə ilə bağlı Cənubi Afrika Yayım Korporasiyası açıqlama yayıb. Bildirilib ki, yaralanan şəxslər dərhal təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol