Cənubi Afrikada minibus atəşə tutuldu: 6 Lesoto vətəndaşı həlak olub
4 Fevral 2026 11:10   Paylaş

Cənubi Afrikanın Meyerton şəhəri yaxınlığında minibusun atəşə tutulması nəticəsində 6 Lesoto vətəndaşı ölüb, bir neçə nəfər isə ağır yaralanıb.

"Stabil.az" Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı yerli polis açıqlama yayıb.

Polisdən bildirilib ki, hücum heç bir səbəb olmadan həyata keçirilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı 3 şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol