CENTCOM İrana qarşı yeni zərbələr dalğasının bitdiyini açıqlayıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana endirilən zərbələrin növbəti mərhələsinin başa çatdığını bəyan edib.
"Stabil.az" xəbər verir ki, ardıcıl səkkizinci zərbələr gecəsində Amerika qüvvələri İranın hərbi komandanlıq mərkəzlərini, hərbi dəniz potensialı obyektlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, eləcə də hava hücumundan müdafiə sistemlərini vurub.
Komandanlıq iddia edib ki, zərbələr İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəldilib.
CENTCOM həmçinin qeyd edib ki, may ayından etibarən 900-ə yaxın kommersiya gəmisinin boğazdan keçməsinə və 450 milyon barel xam neftin nəqlinə köməklik göstərib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





