CENTCOM: ABŞ Hörmüz boğazında iki ticarət gəmisinin hərəkət istiqamətinə müdaxilə edib
15 İyul 2026 20:42   Paylaş

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran limanlarının dəniz blokadası bərpa olunduqdan sonra Hörmüz boğazında blokadanı yarmağa çalışan iki ticarət gəmisi ABŞ Silahlı Qüvvələri tərəfindən istiqamətini dəyişməyə məcbur edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"17 saat əvvəl İran limanlarının dəniz blokadası bərpa edilən vaxtdan bəri ABŞ Silahlı Qüvvələri blokadanı yarmağa çalışan iki ticarət gəmisini istiqamətini dəyişməyə məcbur edib. ABŞ Silahlı Qüvvələri sayıqlığını qoruyur və blokadaya tam riayət olunmasını təmin etməyə hazırdır", - məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol