Çempionlar Liqası: Sabah bu gün Mançester Yunaytedlə üz-üzə gələcək
10 Sentyabr 2026 09:38   10 Sep 2026 09:45 Paylaş

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.

"Stabil.az"ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.

Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol