Çempionlar Liqası: “Qarabağ”ın müdafiəçisi ilk beşliyə düşüb
22 Yanvar 2026 09:42   Paylaş

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçular arasında qərarlaşıb.

"Stabil.az" “Report”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bu göstərici üzrə 5-ci pillədə yer alıb.

Kolumbiyalı oyunçu Liqa mərhələsində keçirdiyi 7 qarşılaşmada ümumilikdə 52 dəfə top qazanmağı bacarıb.

Siyahının ilk sırasında İspaniyanın “Atletik” klubunun futbolçusu Aytor Parades (68) yer alıb. İtaliyanın “Atalanta” təmsilçisi Odilon Kossunu (56) ikinci, Qazaxıstanın “Kayrat” klubunda çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın “Slaviya” komandasının üzvü David Zima (53) isə dördüncü olub.

Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını 3:2 hesabı ilə məğlub edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol