Çempionlar Liqası: PSJ-nin ispan futbolçuları rekorda imza atıblar
10 Sentyabr 2026 12:08   10 Sep 2026 13:28 Paylaş

PSJ-nin futbolçuları Ferran Torres və Fabian Ruis UEFA Çempionlar Liqasında rekorda imza atıblar.

"Stabil.az" xəbər verir ki, onlar turnirin liqa mərhələsinin ilk turunda “Slovan”a 6:1 hesabı ilə qalib gəldikləri oyunda 4 qol vurublar. Ferran Torres het-trik edib, Fabian Ruis isə bir dəfə fərqlənib. Bu, Çempionlar Liqası tarixində İspaniyadan kənar klubun heyətində ispan futbolçuların birlikdə 4 qol vurduğu ilk haldır.

Qeyd edək ki, bundan əvvəl rekord 3 qola bərabər olub. 2010-cu ildə Raul Qonsales və Xose Manuel Xurado “Şalke”nin heyətində 3 qol vurublar. 2012-ci ildə Fernando Torres və Xuan Mata “Çelsi”nin, 2013-cü ildə Alvaro Neqredo “Mançester Siti”nin, 2016-cı ildə isə Lukas Peres “Arsenal”ın heyətində 3 dəfə fərqlənib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol