"Stabil.az" xəbər verir ki, “Arsenal” səfərdə “Atletiko Madrid”lə qarşılaşıb.
"Metropolitano" stadionunda baş tutan görüş heç-heçə başa çatıb - 1:1.
Qonaq komandanın oyunçusu Viktor Dyekereş 44-cü dəqiqədə penalti ilə hesabı açıb. İspaniya komandasının cavab qolunu 56-cı dəqiqədə Xulian Alvares vurub.
Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.
Haqqımızda
Əlaqə





