“Çelsi” Niko Uilyamsa 80 milyon avroluq təklif hazırlayır
18 Sentyabr 2026 11:56   Paylaş

İngiltərənin "Çelsi" klubu İspaniya millisinin futbolçusu Niko Uilyamsı transfer etmək üçün 80 milyon avro ödəməyə hazır olduğunu bildirib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Lakin "zadəganlar" hələlik 24 yaşlı viger üçün "Atletik"ə rəsmi təklif göndərməyib.

London klubu daha əvvəl də bu oyunçunu heyətinə qatmağı nəzərdən keçirib.

Xatırladaq ki, Niko Uilyamsın hazırkı klubu ilə müqaviləsinin müddəti 2035-ci ilin yayınadək qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol