Çelsi klubu baş məşqçi postuna Dieqo Simeoneni gətirmək istəyir
20 Aprel 2026 17:04   Paylaş

İngiltərənin “Çelsi” klubu baş məşqçi postuna İspaniyanın “Atletiko Madrid” klubunu çalışdıran Dieqo Simeonenin gətirilməsini planlaşdırır.

"Stabil.az" “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hazırkı mütəxəssis Liam Rosenyorun işindən razı deyil.

“Çelsi” son dörd Premyer Liqa oyununda qol vurmadan məğlub olub. Komanda hazırda 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid"ə başçılıq edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol