Çelsi Denni Uelbeki transfer etmək istəyir
27 İyul 2026 22:49   Paylaş

"Çelsi" klubu İngiltərə Premyer Liqasında mübarizə aparan "Brayton"un hücumçusu Denni Uelbeki transfer etmək istəyir.

"Stabil.az" "The Athletic"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunu London komandasının baş məşqçisi Xabi Alonso şəxsən istəyir.

Tərəflər arasında hələlik rəsmi danışıqlara başlanılmayıb.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Arsenal" və millinin keçmiş hücumçusu D.Uelbek 2025/2026 mövsümündə Premyer Liqada keçirdiyi 37 matçda 13 qol vurub və 1 məhsuldar ötürmə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol