Cəlilabad–Yardımlı yolu güclü qar səbəbindən bağlanıb
19 Yanvar 2026 16:25   Paylaş

Cəlilabad–Yardımlı avtomobil yolu bağlanıb.

"Stabil.az" APA-ya istinadən xəbər verir ki, güclü qar yağması nəticəsində yolun bir hissəsində nəqliyyatın hərəkəti tam dayandırılıb.

Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar Yardımlı rayonu ərazisindən keçən yolun xüsusən döngə hissələrində hərəkəti çətinləşdirib. Hazırda bu istiqamətdə avtomobillərin hərəkəti tamamilə dayanıb.

Aidiyyəti qurumlar Cəlilabad–Yardımlı yolunda qarın təmizlənməsi işlərini davam etdirir və nəqliyyatın hərəkəti qismən bərpa olunur.

Bölgədəki qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə edilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol