Ceki Çanın rol aldığı filmin 4-cü hissəsi Azərbaycan və Qazaxıstanda çəkiləcək
14 May 2026 18:56   Paylaş

Əfsanəvi ulduz Ceki Çanın baş rolda oynadığı “Tanrının zirehi” (“Armour of God”) filminin 4-cü hissəsi Qazaxıstan və Azərbaycanda çəkiləcək.

"Stabil.az" xəbər verir ki, bu barədə “Variety” jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb.

Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir. Rejissor Robert Kunun lentə alacağı film “Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur.

Çəkilişlər Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.

“Tanrının zirehi” adlanan filmdə Ceki Çanın canlandırdığı “Asiya qartalı” ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol