CBS: Nyu-Yorkda zavodda partlayış olub, 16 nəfər yaralanıb
23 May 2026 13:25   Paylaş

ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol