Cari ildə Naxçıvan Muxtar Respublikasında 84 milyon manatdan çox sənaye məhsulu istehsal olunub
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 84 milyon 463 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.
"Stabil.az" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 17,8 faiz çoxdur.
Sənaye məhsulunun 68 milyon 227 min 700 manatı və ya 80,8 faizi malların, 16 milyon 235 min 400 manatı və ya 19,2 faizi isə xidmətlərin payına düşüb. Məhsulunun 76,5 faizi emal, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





