CAR-da tərk edilmiş mədəndə uçqun: azı 14 nəfər həyatını itirib
11 Avqust 2026 15:54   Paylaş

Cənubi Afrikanın Rustenburq şəhəri yaxınlığında platin hasil edilən tərk edilmiş mədəndə baş verən uçqun nəticəsində azı 14 nəfər ölüb.

"Stabil.az" EWN radiostansiyasına istinadən xəbər verir ki, uçqun nəticəsində azı 14 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

Məlumata görə, ölənlərin hamısı mədəndə qanunsuz şəkildə metal hasilatı ilə məşğul olublar. Polis onların arasında qeyri-qanuni miqrantların da olduğunu ehtimal edir.

Hadisə yerində xilasedicilər və istintaq əməkdaşları çalışır. Yaralılara ilkin tibbi yardım göstərilib. Xilasetmə və axtarış işləri davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol