Çadın şərqində lokal toqquşmada 40-dan çox şəxs ölüb
27 Aprel 2026 10:13   Paylaş

Ölkənin şərqində baş verən toqquşma 40-dan çox insanın ölümünə səbəb olub.

"Stabil.az" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Vadi-Fira regionunda baş verib.

Qeyd olunub ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra alovlanıb.

"Ən azı 42 nəfər həlak olub", - hökumətin regiondakı nümayəndəsi Brahim İssa Qalmaye bildirib.

Çadın şərqində torpaq, mal-qara və suya çıxış üstündə yaranan icmalararası toqquşmalar geniş yayılmış haldır. "International Crisis Group" qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə bu cür münaqişələr səbəbindən mindən çox insan həlak olub, 2 minə yaxın şəxs yaralanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol