Çad hökuməti Sudanla sərhədin bağlandığını bildirib
23 Fevral 2026 17:11   Paylaş

Bazar ertəsi Çad hökuməti Sudanla sərhədin bağlandığını elan edib.

"Stabil.az" Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət bunu Sudandakı münaqişə tərəflərinin Çad ərazisinə müdaxilələri və qanun pozuntuları ilə əlaqələndirib.

Rabitə naziri Qasim Şerif bildirib ki, sərhədin bağlanması Çadın sabitliyini qorumaq, vətəndaşları və qaçqınları müdafiə etmək məqsədi daşıyır. Qeyd edilib ki, insanların hərəkəti dayandırılıb, lakin humanitar səbəblər üçün xüsusi istisnalar ola bilər.

Xatırladaq ki, Sudan 2023-cü ildən bəri münaqişə içindədir. Bu döyüşlərdə on minlərlə insan ölüb, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol