Çad 1,3 milyon sudanlı qaçqını qəbul edib
11 Aprel 2026 16:43   Paylaş

Sudanda davam edən döyüşlər səbəbindən Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

"Stabil.az" xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Dünya Qida Proqramı təcili zəruri dəstəyi təmin etmək üçün çalışır, lakin maliyyələşdirmə kifayət deyil, bu da yardım xətlərini təhlükə altına qoyur", - məlumatda bildirilib.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.

Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol