"Bulgaria Air" Təl-Əvivə uçuşları martın 9-dək dayandırdı
Yaxın Şərqdə yaranmış fövqəladə vəziyyət və İsrail hava limanı rəhbərliyinin bildirişi ilə əlaqədar "Bulgaria Air" Təl-Əviv reyslərini martın 9-dək ləğv edib.
"Stabil.az" Bolqarıstanın “BTA” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bəyanat yayıb.
Bildirilib ki, artıq bilet almış sərnişinlər tam geri ödəmə və ya biletlərini bir il ərzində başqa tarix üçün pulsuz dəyişmək imkanına malikdirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





